İnsan alverinin qurbanı olan kişilərin sayı artıb

İnsan alverinin qurbanı olan kişilərin sayı artıb
  18 Oktyabr 2017    Oxunub:1679
2006-2016-ci illərdə 50 minə yaxın insana Beynəlxalq Miqrasiya Təşkilatı(MBqT) tərəfindən yardım edilib.
AzVision.az xəbər verir ki, bunu BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktorpak bildirib. Onun sözlərinə görə, insan alveri qurbanı olan kişilərin sayı artıb.

“Gender baxımından xeyli dəyişikliklər baş verib. Əgər əvvəllər qadın və uşaqların insan alverinin qurbanı olduğu düşünülürdüsə, geridə qalan 10 il bunun yalnış olduğunu göstərdi. İnsan alverinin qurbanı olan kişilərin sayında artım qeydə alınıb. 2015-ci ildə insan alverinin qurbanı olan kişilərin sayı ilk dəfə qadınların sayını keçib. Əgər 2006-cı ildə insan alveri qurbanlarının 84%-i qadın idisə, indi bu rəqəm 43%-ə düşüb. 2014-2016-cı illərdə qeydə alınan cinayətlərin 77%-i transmilli xarakter daşıyır. İnsan alveri qurbanlarının 50%-i 22-37 yaş arasındadır. Kişilər arasında isə ortalama yaş həddi 30, qadınlarda isə 29-dur”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: BMqT  





Xəbər lenti