Məmmədyarov Bakıda polşalı həmkarı ilə görüşür

Məmmədyarov Bakıda polşalı həmkarı ilə görüşür
  18 Oktyabr 2017    Oxunub:892
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla polşalı həmkarı Vitold Vaşçikovski arasında görüş başlayıb.
AzVision.az xəbər verir ki, nazirlər əvvəlcə təkbətək, daha sonra geniştərkibli görüşlər keçirəcəklər.

Məmmədyarov və Vaşçikovskinin ikitərəfli, həmçinin regional məsələləri müzakirə edəcəyi gözlənilir.

Görüşlərdən sonra nazirlər birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Polşa  





Xəbər lenti