Medvedev İrəvana gedir: Ermənistan-Aİ razılaşması müzakirə ediləcək

Medvedev İrəvana gedir: Ermənistan-Aİ razılaşması müzakirə ediləcək
  18 Oktyabr 2017    Oxunub:2075
Rusiyanın baş naziri Dmitri Medvedev 24 oktyabr tarixində Ermənistana səfər edəcək.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Medvedev 24-25 oktyabr tarixlərində Avrasiya İqtisadi Əməkdaşlıq Birliyinə üzv ölkələrin baş nazirlərinin İrəvanda keçiriləcək iclasında iştirak edəcək.

Dmitri Medvedevin Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Karen Karapetyan və digər nazirlərlə görüşü nəzərdə tutulub.

İclasda əsas müzakirə mövzusu Ermənistan- Avropa İttifaqı arasında imzalanacaq razılaşmadır. Eyni zamanda Qırğızıstan- Qazaxstan sərhəddində baş verən münaqişə də diqqət mərkəzində olacaq.

Qeyd olunub ki, Qırğızıstan tərəfindən Avrasiya İqtisadi Əməkdaşlıq Birliyinin növbədənkənar iclasının çağırılması planlaşdırılır.

İrəvan toplantısından sonra ənənəvi formata uyğun olaraq Avrasiya İqtisadi Əməkdaşlıq Birliyinin rəhbəri Tiqran Sarkisyan və baş nazirlərdən biri iclasın gündəliyinə dair mətbuat konfransı keçirəcək. Medvedev isə mətbuat konfransında iştirak etməyəcək.

Alpər Mövludoğlu
AzVision.az



Teqlər: Rusiya   Ermənistan    





Xəbər lenti