“Mən müstəqilliyin əleyhinə səs verməmişəm” - Fikrət Sadıqov
Bununla bağlı AzVision.az-a açıqlama verən politoloq Fikrət Sadıqov bildirib ki, adı çəkilən şəxslə yaxından-uzaqdan əlaqəsi yoxdur:
“Hər ilin 18 oktyabrında mətbuat nümayəndələri mənə çoxsaylı müraciətlər edirlər ki, müstəqillik aktının əleyhinə nədən səs vermisiniz? Səbəbi nədir? Bir daha bəyan edirəm ki, bunun mənə heç bir aidiyyatı yoxdur. O, Fikrət Sadıqovun mənə heç bir aiddiyyatı yoxdur”.
Politoloq müstəqillik aktının əleyhinə səs verənlərlə bağlı deyib ki, bu, onların öz seçimi olub: “Bunun arxasında kim dayanıb, səbəbləri nədir? Bunu araşdırmamışam. Onlar belə hesab ediblər ki, Sovet İttifaqı dağılmayacaq və bundan sonra da inkişaf edəcək. Bir qrup deputat müstəqilliyin əleyhinə səs versə də, sənəd böyük səs çoxluğu ilə qəbul edildi”.
Xatırladaq ki, “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti, eks-deputat Fikrət Sadıqov 2005-ci ildə sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, habelə Prezidentin İcra Aparatının işlər müdiri olmuş Akif Muradverdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən uzaqlaşdırılıb. F.Sadıqov bir neçə gün istintaq təcridxanasında saxlanıldıqdan sonra ev dustaqlığına buraxılıb.
AzVision.az
Teqlər: Fikrət-Sadıqov