“Avropa İttifaqı ilə saziş strateji əhəmiyyətli olmalıdır” - Məmmədyarov

“Avropa İttifaqı ilə saziş strateji əhəmiyyətli olmalıdır” - Məmmədyarov
  18 Oktyabr 2017    Oxunub:1972
"Azərbaycanda Avropa İttifaqı ilə əməkdaşlıq böyük maraq doğurur. Hazırda biz Avropa Komissiyası ilə sıx əməkdaşlıq edirik. Avropa İttifaqı ilə tərəfdaşlıq sazişinə dair işlər davam etdirilir"

AzVision.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
XİN rəhbəri qeyd edib ki, Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşlıq sazişi imzalanıb. Bundan əlavə iki ölkə ilə sazişin imzalanması gözlənilir.

"Hesab edirik ki, Avropa İttifaqı ilə saziş strateji əhəmiyyətli saziş olmalıdır. Avropa Komissiyasının üzvləri ayın sonunda Şərq Tərəfdaşlığı proqramı ilə bağlı Azərbaycana gələcəklər. Azərbaycanın digər dövlət qurumları da müzakirələrdə yaxından iştirak edir. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq xarici siyasət prioritetlərindən biridir. Əməkdaşlıığımız enerji sahəsində strateji əhəmiyyətə malikdir. Biz bütün sahələri müzakirə etməyə hazırıq" - deyə Məmmədyarov vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti