Polis veteranları 610 cinayətin üstünü açıb

Polis veteranları 610 cinayətin üstünü açıb
  18 Oktyabr 2017    Oxunub:1615
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Veteranlar Şurası ərazi polis orqanlarının şəxsi heyətli ilə sıx təmasda olur, gənc əməkdaşlarla mütəmadi görüşür, onlara öz məsləhətlərini və tövsiyələrini verirlər.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, cari ilin doqquz ayı ərzində BŞBPİ-nin və tabeli orqanların veteranlar şuralarının üzvləri müxtəlif təhsil müəssisələrində, həmçinin ayrı-ayrı kollektivlərdə ümumilikdə 747 görüş keçirib. Bu tədbirlərdə veteranlar gənclərin vətənpərvər ruhda böyümələri, onlarda dövlətə və dövlətçiliyə sədaqət hisslərinin formalaşdırılması, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini cərəyanlara qoşulmalarının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparıb, tövsiyələrini veriblər.

İctimai asayişin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə də veteranlar səylərini əsirgəməyiblər. Doqquz ayda polis veteranları paytaxt ərazisində 610 cinayətin açılmasında yaxından iştirak ediblər.

Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir qrupu DİN-in və BŞBPİ-nin rəhbərliyi tərəfindən mükafatlandırılıb.

AzVision.az


Teqlər: DİN   polis  





Xəbər lenti