Heydər Əliyev adına hərbi akademiyaya mükafat verildi

Heydər Əliyev adına hərbi akademiyaya mükafat verildi
  18 Oktyabr 2017    Oxunub:1792
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəhbərliyi hərbi təhsil sahəsində səmərəli əməkdaşlığa və Vyetnam Sosialist Respublikası üçün hərbi kadrların hazırlanmasında əldə edilən nailiyyətlərə görə Vyetnam Parlamenti sədrinin fəxri diplomları və bu ölkənin Müdafiə Nazirliyinin medalları ilə təltif olunub.
AzVision.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin hazırkı komandanı kontr-admiral Fam Xoay Nam və hərbi dənizçilərinin bir qismi də AAHM-nin məzunları olublar.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti