Azad Rəhimov vətəndaşlarla görüşəcək

Azad Rəhimov vətəndaşlarla görüşəcək
  18 Oktyabr 2017    Oxunub:2271
Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 20-də Masallı rayonunda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, qəbulda Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbul saat 11:00-da Masallı Gənclər Mərkəzində (Masallı şəhəri, Talışxanov küçəsi-73) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Astara (055 789 03 34; 051 432 01 10), Cəlilabad (050/055 315 25 25), Lerik (050 568 49 23), Masallı (055 237 44 88; 050 637 44 88), Yardımlı (050 682 71 23; 070 317 40 04), Lənkəran (051 505 30 30) rayon gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

AzVision.az


Teqlər: Azad-Rəhimov  





Xəbər lenti