Prezident ukraynalı naziri qəbul edib - Yenilənib

Prezident ukraynalı naziri qəbul edib - Yenilənib
  19 Oktyabr 2017    Oxunub:1389
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AzVision.az xəbər verir ki, Stepan Kubiv Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı.

Söhbət zamanı Azərbaycan ilə Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Ukrayna Prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna Prezidentinə çatdırmağı xahiş etdi.

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident   Ukrayna  





Xəbər lenti