Sülh Platformasının üzvü: “Sarkisyan yalançı, saxtakardır”

  19 Oktyabr 2017    Oxunub : 897
Sülh Platformasının üzvü: “Sarkisyan yalançı, saxtakardır”

“Sülh danışıqları prosesi çox vacibdir. Bu, Azərbaycanın marağındadır. Çünki, Azərbaycan münaqişənin həllini yalnız sülh yolu ilə görür”.

Bu fikirləri AzVision.az-a açıqlamasında “Ermənistan-Azərbaycan Sülh Platforması”nın təsisçilərindən olan Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev Cenevrə görüşünün nəticələrini şərh edərkən deyib.

R.Rzayev bildirib ki, Ermənistan prezidenti hər zaman olduğu kimi yalançı siyasətini davam etdirir: “Daha doğrusu, özü qərar verə bilmir və nə tövsiyyə olunursa, onu həyata keçirməklə mükəlləfdir. Bu, təəssüf doğurucu haldır. Amma, vacib məsələ ondan ibarətdir ki, Azərbaycan problemin üzərində durub və məsələsinin həlli üçün bütün imkanlarından istifadə edir. Bu baxımdan Sarkisyanın düzgün siyasət yürütməyi çox vacibdir. Amma, biz bunu görə bilmirik”.

Deputat vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri daha qətiyyətli mövqedən çıxış etməyi bacarmalıdırlar: “Çünki, onlar bu qədər saxtakar düşüncəyə malik olan Sarkisyana belə şərait yaratmamlıdırlar. Eyni zamanda böyük dövlətlər beynəlxalq hüquq prinsiplərinə söykənərək mövqelərini səsləndirməlidirlər. Bu baş vermədiyi təqdirdə Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün antiterror əməliyyatı keçirə bilər. Aprel hadisələri göstərdi ki, bunun üçün Azərbaycanın hərbi qüdrəti nə qədərdir”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: Rövşən-Rzayev   Qarabağ