Cəbhəyanı məktəblərdə inşa müsabiqəsi

Cəbhəyanı məktəblərdə inşa müsabiqəsi
  19 Oktyabr 2017    Oxunub:1300
"Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi Ictimai Birliyi Naxçıvan MR-nın Çərçiboğan kənd məktəbində "Cəbhəyani bölgələrin orta məktəblərində şagirdlər arasında Vətənpərvərlik mövzusunda inşa musabiqəsinin təşkili" layihə çərcivəsində yuxarı sinif şagirdləri arasında keşirdiyi inşa müsabiqəsinin nəticələrini açıqladı.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarina Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihənin nəticələri açıqlanmadan öncə məktəbin qarşısında şagirdləri iştirakı ilə toplantı keçirildi. Təşkilatın rəhbəri Samirə Mustafayeva layihənin əas məqsədinin bu günkü gəncliyə vətən sevgisini böyük qürürla daşımağa sövq etmək, sərhədlərimizin bütövlüyünün mühüm əhəmiyyət kəsb etdiyini aşılamaq oldugunu bildirib.

Çərçiboğan kənd məktəbinin şagirdi olmuş, aprel döyüşlərinin canlı qəhrəmanı Yusif Məmmədov da şagirdlərə keçdiyi döyüş yolundan danışdı. İnşa yaziları üzrə 1,2,3 yerlər üzrə qaliblərə hədiyyələr, diplomlar təqdim olundu. Ümumilikdə inşa yazıları üzrə 15 şagird mükafatlandırıldı.

AzVision.az


Teqlər: məktəb  





Xəbər lenti