Azərbaycanda ilan təsərrüfatları yaradılır - VİDEO

Azərbaycanda ilan təsərrüfatları yaradılır - VİDEO
  20 Oktyabr 2017    Oxunub:1879
Azərbaycanda ilantutma biznesinin yaradılması üçün "Elm haqqında" qanuna dəyişiklik edilib.
Yeni təsdiqlənmiş qanuna əsasən, xüsusilə bölgələrdə ilan təsərrüfatlarının yaradılmasına icazə verilib.

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun direktoru Elman Yusifovun sözlərinə görə, ölkəmizdə bunun üçün kifayət qədər potensial var və dünyanın bir çox ölkəsində bu sahə təsərüffatın ən gəlirli sahələrindən hesab edilir.

Lakin ölkəmizdə əhalinin çox hissəsinin ilanları tanımaması və hamısının zəhərli olduğunu düşünmələri bu heyvanların məhvinə səbəb olur. Odur ki, ilan təsərrüfatı ilə məşğul olmaq istəyən şəxslər ilk olaraq Zoollogiya İnstitutunun təlimlərindən keçməli və sertifikat almalıdırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də icazə alındıqdan sonra həmin şəxslər ilan təsərrüfatı ilə məşğul ola bilərlər.

İlan zəhərinin qiyməti isə növünə görə dəyişir.

Ekspertlərin fikrincə, ölkədə ilan təsərrüfatlarının yaradılması ilanların kütləvi məhvinin qarşısının alınmasına, həmçinin bu sahənin yenidən dirçəlməsinə səbəb olacaq. (Xəzər TV)



AzVision.az


Teqlər:





Xəbər lenti