Dövlət sirri təşkil edən məlumatlar qorunacaq

Dövlət sirri təşkil edən məlumatlar qorunacaq
  20 Oktyabr 2017    Oxunub:1993
Dövlət sirri təşkil edən məlumatlar və qiymətli əşyaların olduğu poçt göndərişləri daha etibarlı daşınacaq.
AzVision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Poçt haqqında" qanunda dəyişikliklərlə müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib. Qanun layhəsinə əsasən xüsusi təyinatlı poçt rabitəsinin əhatə dairəsi dəqiqləşdirilib, habelə xüsusi təyinatlı poçt rabitəsinin bir növü olan xüsusi poçt rabitəsi xidmətinin vəzifələri, fəaliyyət sahəsi, bu xidmətin göstərilməsi ilə bağlı olan digər məsələlər tənzimlənir.

Qanun layihəsində deyilir ki, xüsusi poçt rabitəsi xidməti "Dövlət sirri haqqında" qanun ilə qorunana məlumatların, qiymətli metallların, qiymətli daşların, zərgərlik məkumatlarının, qiymətli kağızlarım və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasısını və ünvan sahiblərinə çatdırılmasının həyata keçirir.

Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Qeyd edək ki, xüsusi poçt rabitəsi xidmətinin tənzimlənməsi bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dövlət sirri təşkil edən məlumatların və qiymətli əşyaların olduğu poçt göndərişlərinin daha etibarlı daşınmasını və ünvan sahiblərinə çatdırılmasını təmin edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti