Azərbaycanda yeni medal təsis edilib

Azərbaycanda yeni medal təsis edilib
  20 Oktyabr 2017    Oxunub:990
Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.
AzVision.az xəbər verir ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub.

Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər. Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər: Milli-Məclis  





Xəbər lenti