Bakıda Ərdoğanın iştirakı ilə önəmli tədbirlər keçiriləcək - (VİDEO)

Bakıda Ərdoğanın iştirakı ilə önəmli tədbirlər keçiriləcək  - (VİDEO)
  20 Oktyabr 2017    Oxunub:3304
Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçiriləcək.

AzVision.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti deyib ki, bu ayın sonuna Azərbaycana planlaşdırılan iki günlük səfəri zamanı Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışında iştirak edəcək.

Ərdoğan, həmçinin səfəri zamanı Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına qatılacağını bəyan edib.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Türkiyə   Azərbaycan   Ərdoğan  





Xəbər lenti