Füzulidə top mərmisi tapılıb

Füzulidə top mərmisi tapılıb
  21 Oktyabr 2017    Oxunub:1290
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzuli rayonunun “Şpartı” adlanan ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub.
ANAMA-dan AzVision.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 1 əkin sahəsinə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində top mərmisinin partlamış giliz hissəsi aşkar edilib, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisindəki metal toplama sahəsinə daşınıb. Aşkar olunmuş partlamış giliz hissəsinin ətrafında 800 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

AzVision.az


Teqlər: ANAMA   Füzuli  





Xəbər lenti