Nəcməddin Sadıkov ABŞ-a gedib

  21 Oktyabr 2017    Oxunub : 774
Nəcməddin Sadıkov ABŞ-a gedib

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi ABŞ-a yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov oktyabrın 24-də Vaşinqton şəhərində “Zorakı Ekstremist Təşkilatlarla Mübarizə” mövzusunda Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına yola düşüb.

AzVision.az

Teqlər: Müdafiə-Nazirliyi