Astanada təcili eniş edən təyyarə Bakıya çatdı

Astanada təcili eniş edən təyyarə Bakıya çatdı
  22 Oktyabr 2017    Oxunub:2019
Oktyabrın 21-də Astanadan Bakıya uçan, naviqasiya sistemində yaranan problem səbəbindən geri qayıdan sərnişin təyyarəsi Bakıya çatıb.
AzVision.az xəbər verir ki, AZAL-dan Trend-ə verilən məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:00 Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Qeyd edək ki, Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsi avialayner saat 22:56-da Astanada ştat rejimində eniş etdiyi haqda məlumat yayıb.

Təyyarədə 90 nəfər sərnişinin olduğu bildirilir.

AzVision.az


Teqlər: Astana   Bakı   AZAL   Təyyarə  





Xəbər lenti