ANAMA-dan
AzVision.az-a verilən məlumata görə, oktyabrın 22-də tarixində yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Məşədi Həsən kəndi ərazisində 1 ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 28 ədəd partlamamış hərbi sursat (PHS), 20 ədəd partlamış-yanmış mərmi qalıqları və 548 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 317 100 kv.m (31.71 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 50 gün ərzində 13 153 ədəd partlamamış hərbi sursat (PHS), 5 431 ədəd partlamış-yanmış sursat qalıqları və 46 336 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 49 354 608 kv.m (4 935 ha) ərazi yoxlanılıb.
AzVision.az