Müdafiə Nazirliyi: Ermənilərin gözünə hər yerdə “Spayk” görünür

Müdafiə Nazirliyi: Ermənilərin gözünə hər yerdə “Spayk” görünür
  23 Oktyabr 2017    Oxunub:3343
“Qorxu və səksəkə içində olan ermənilərin gözünə hər yerdə müasir Azərbaycan silahları, o cümlədən tank əleyhinə idarəolunan “Spayk” raket kompleksləri görünür”.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-ın sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşündən qısa müddət sonra Azərbaycan əsgərini qətlə yetirən Ermənistan tərəfi cəbhədəki vəziyyətlə bağlı yaydığı növbəti iftira dolu məlumatda öz təxribatlarını ört-basdır etmək və dünya ictimaiyyətinin fikrini törətdikləri cinayətdən yayındırmaq məqsədini güdür:

“Aprel hadisələrində Azərbaycan əsgəri düşmənə layiq olduğu yeri göstərdi. İndi də Ordumuz arsenalında olan silah və döyüş texnikasını tətbiq etməklə öz gücünü növbəti dəfə sübut etməyə hazırdır”.

Hafiz Əhmədov
AzVision.az



Teqlər: Müdafiə-Nazirliyi  





Xəbər lenti