Şəhid Cabbar Zeynalov dəfn olunub

Şəhid Cabbar Zeynalov dəfn olunub
  23 Oktyabr 2017    Oxunub:6188
Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Zeynalov Cabbar Firuddin oğlu doğulduğu Saatlı rayonunda dəfn edilib.
AzVision.az-ın məlumatına görə, şəhidin cənazəsi Əhmədbəyli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, oktyabrın 22-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Zeynalov Cabbar Firuddin oğlu şəhid olub.

Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Şəhid   Saatlı  





Xəbər lenti