Sarkisyan təsdiqlədi: Rusiya ilə birgə qoşun yaradılır

  23 Oktyabr 2017    Oxunub : 920
Sarkisyan təsdiqlədi: Rusiya ilə birgə qoşun yaradılır

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Ermənistan və Rusiya vahid qoşun qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyib.

AzVision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

"Birgə qruplaşma Qafqaz regionunda kollektiv təhlükəsizliyə dair hərbi təhlükəsizliyin təmin edilməsi məqsədini daşıyır", - deyə sazişdə bildirilib.

Qruplaşmanın tərkibinə müharibə zamanı və ya mümkün təcavüzü dəf etmək məqsədilə tərəflərin idarəetmə orqanları və silahlı qüvvələrin qoşunları daxil ediləcək.

Qeyd edək ki, ötən il Ermənistan və Rusiya müdafiə nazirləri Vigen SarkisyanSergey Şoyqu Moskvada Birləşmiş qoşun qruplaşması yaratmaq haqqında saziş imzalayıblar. Ermənistan müdafiə naziri Vigen Sarkisyanın sözlərinə görə, sözügedən birgə qoşun qruplaşmasına hazırda Ermənistan ərazisində mənzillənən 102 saylı Rusiya hərbi bazası və Ermənistan silahlı qüvvələrinin birləşmələri daxil olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Ermənistan   Sarksyan   Rusiya