Nazir Masallıda vətəndaşları qəbul edəcək

  23 Oktyabr 2017    Oxunub : 532
Nazir Masallıda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Heydər Əsədov oktyabrın 27-də Masallı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən AzVision.az-a bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Masallı rayon Kənd Təsərrüfatı İdarəsinə (050-287-12-12) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin nazirliyin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.

AzVision.az

Teqlər: qəbul