Xızıda 35 ədəd partlamamış sursat aşkarlanıb

  24 Oktyabr 2017    Oxunub : 410
Xızıda 35 ədəd partlamamış sursat aşkarlanıb

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Agentlik tərəfindən keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə gündəlik operativ məlumat yayıb.

ANAMA-dan AzVision.az-a verilən məlumata görə, oktyabrın 23-də yerli sakin tərəfindən daxil olmuş zəngə əsasən Şurabad kəndi ərazisində 1 otlaq sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 35 ədəd partlamamış hərbi sursat (PHS), 24 ədəd partlamış-yanmış mərmi qalıqları və 992 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 1 069 650 kv.m (106.97 ha) ərazi yoxlanılıb.



Ümumiyyətlə, 51 gün ərzində 13 188 ədəd partlamamış hərbi sursat (PHS), 5 455 ədəd partlamış-yanmış sursat qalıqları və 47 328 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 50 424 258 kv.m (5 042 ha) ərazi yoxlanılıb.

AzVision.az

Teqlər: ANAMA   Xızı