Topçubaşovun qızı vəfat edib

  24 Oktyabr 2017    Oxunub : 5084
Topçubaşovun qızı vəfat edib
Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə profilaktika fakültəsinin I mamalıq-ginekologiya kafedrasının dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşova vəfat edib.
AzVision.az-ın məlumatına görə, Z.Topçubaşova 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Zemfira Topçubaşova sovet cərrahı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri, Azərbaycan SSR Ali Sovetinin sədri (1955-59 və 1967-71) Mustafa Topçubaşovun qızıdır.

Allah rəhmət eləsin!

Anar Kəlbiyev
AzVision.az

Teqlər: Zemfira-Topçubaşova