Dünyanın ən bahalı selfisi - 626 milyonluq FOTO

Dünyanın ən bahalı selfisi -  626 milyonluq FOTO
  24 Oktyabr 2017    Oxunub:7836
Peşəkar Futbolçular Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİFPro) öz versiyası üzrə 2017-ci ilin rəmzi komandasını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, rəmzi onbirlikdə ən çox İspaniyanın "Real Madrid" klubu (5 futbolçu) təmsil olunub:

Qapıçı: Canluici Buffon – Qiyməti 2 milyon avro ("Yuventus")

Müdafiəçilər: Dani Alves – Qiyməti 6 milyon avro (“Yuventus”/“PSJ”), Leonardo Bonuççi – Qiyməti 40 milyon avro ("Yuventus"/"Milan"), Serxio Ramos - Qiyməti 40 milyon avro ("Real"), Marselo - Qiyməti 38 milyon avro ("Real")

Yarımmüdafiəçilər: Luka Modriç - Qiyməti 40 milyon avro ("Real"), Toni Kroos – Qiyməti 70 milyon avro ("Real"), Andres İnyesta – Qiyməti 20 milyon avro ("Barselona")

Hücumçular: Neymar - Qiyməti 150 milyon avro ("Barselona"/PSJ), Lionel Messi – 120 milyon avro ("Barselona"), Kriştiano Ronaldo – 100 milyon avro ("Real")

Qeyd edək ki, təqdimat mərasimindən sonra mükafatçılar birlikdə selfi ediblər. Bu selfidə olan futbolçuların ümumi dəyəri isə 626 milyon avro təşkil edir.




Kənan Məmmədov
AzVision.az


Teqlər: Futbol  





Xəbər lenti