“The Jerusalem Post” “ASAN xidmət”-dən yazıb
Bundan başqa, məqalədə mərkəzlərin vətəndaş və dövlət qulluqçusu arasında körpü rolu oynadığı, korrupsiya hallarının qarşısının alındığı, şəffaflığın maksimum səviyyədə təmin olunduğu vurğulanıb.
Hazırda mərkəzlərdə vətəndaşlara dövlət orqanları tərəfindən göstərilən xidmətlərlə yanaşı, özəl şirkət və müəssisələr tərəfindən 250-ə yaxın xidmətlərin təqdim olunduğu bildirilib. Həmçinin, 10 avtobus və qatar vasitəsi ilə ASAN mərkəzlərinin olmadığı regionlarda səyyar formada vətəndaşlara xidmət göstərilməsindən bəhs olunub.
Məqalədə “ASAN xidmət” modeli və onun uğurlarına toxunularaq 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında ən yüksək 1-ci yerə layiq görülməsi xüsusilə qeyd olunub. Eyni zamanda, məqalədə “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin fəaliyyətindən də bəhs olunub.
AzVision.az
Teqlər: ASAN-Xidmət ABAD