Keçmiş həmsədrlərdən Cenevrə açıqlaması: "Qeyri-rəsmi münasibətlər açar rolunu oynayır"

Keçmiş həmsədrlərdən Cenevrə açıqlaması: "Qeyri-rəsmi münasibətlər açar rolunu oynayır"
  24 Oktyabr 2017    Oxunub:1680
ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrləri Ceyms Uorlik və Kerri Kavano Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü şərh ediblər.

AzVision.az xəbər verir ki, bu barədə “Amerikanın səsi" məlumat yayıb.
Uorlik prezident İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşünün əhəmiyyətli olduğunu qeyd edib: "Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onlar arasında səmimi söhbətlər baş verir və bu irəliləyiş əldə etmək üçün çox vacibdir".

Prezidentlər arasında ikitərəfli görüşlərin vacibliyinə diqqət çəkən Kerri Kavano isə qeyri-rəsmi görüşlərin əhəmiyyətini xüsusilə vurğulayıb: "Prezidentlər arasında qeyri-rəsmi münasibətlər münaqişənin nizama salınmasının açarlarından biridir. Biz Heydər Əliyev və Robert Köçəryan arasında bu cür münasibətlərin olduğunu xatırlayırıq. Onlar dost olmayıbar, ancaq bir-birilərini başa düşürdülər, birlikdə işləməyi bacarırdılar".

Keçmiş həmsdrlərin fikrincə, liderlər arasında şəxsi münasibətlərin qurulması Dağlıq Qarabağda sülhün bərqərar olmasında əhəmiyyətli rol oynaya bilər. Əldə edilmiş razılıqların həyata keçirilməsində siyasi iradənın mövcudluğu isə məsələnin digər tərkib hissəsi olaraq qiymətləndirilir.

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Həmsədr   ATƏT   Qarabağ   Azərbaycan   Ermənistan  





Xəbər lenti