XİN meksikalı deputatların Qarabağa səfərini araşdırır

XİN meksikalı deputatların Qarabağa səfərini araşdırır
  24 Oktyabr 2017    Oxunub:1381
Meksika parlamentində Ermənistanla dostluq qrupun rəhbəri Cuata Dominqez Blanca Marqarita, həmin qrupun üzvü Garcia Bravo Maria Cristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfəri məsələsi araşdırılır.
Bunu AzVision.az-a açıqlamasında XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Meksikadakı səfirliyinə müvafiq təlimat verilib.

AzVision.az


Teqlər: XİN   Meksika  





Xəbər lenti