Kərkükün geri alınmasına görə Bakıda yürüş keçirildi - FOTOLAR

Kərkükün geri alınmasına görə Bakıda yürüş keçirildi - FOTOLAR
  24 Oktyabr 2017    Oxunub:3860
Bu gün İraqın Bakıdakı səfirliyində İraq Federal hökumətinin Kərkük üzərində hakimiyyətinin bərpa edilməsi ilə bağlı yürüş keçirilib.

AzVision.az-ın məlumatına görə, yürüşdə İraqın müvəqqəti üzlər üzrə vəkili Fadil Avad əl-Şüveyli, iraqlı tələbələr, Azərbaycandakı İraq diasporunun üzvləri iştirak ediblər.
Əl-Şüveyli bildirib ki, bu aksiyada məqsəd İraqın birliyi və bölünməzliyini nümayiş etməkdir.

"İraqın sərvəti tək bir partiya üçün deyil, bütün İraq xalqına məxsusdur. Bu yürüşdə iraqlı tələbələr, İraq diasporunun üzvləri də iştirak edirlər. Bugünkü tədbir İraqın birliyinə dəstəyimizə nümayişdir. İraq Federal hökumətinin Kərkük üzərində hakimiyyəti bərpa etməsi bütün mübahisəli ərazilərə də nəzarəti ələ almağa imkan verib. Kərkükdə bir sıra xalqlar - ərəblər, kürdlər, türkmənlər yaşayır. Burada Federal hakimiyyətin bərpası olduqca önəmlidir"- iraqlı diplomat vurğulayıb.









Eldar Tanrıverdiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər: İraq   Azərbaycan   Bakı   Səfirlik   Yürüş  





Xəbər lenti