Fərarilik edən erməni nazir və deputatlar - ADLAR

Fərarilik edən erməni nazir və deputatlar - ADLAR
  24 Oktyabr 2017    Oxunub:1789
Ermənistan parlamentində hərbi hazırlıq və hərbi xidmətlə bağlı yeni qaydalar haqqında qanunvericiliyin tənzimləməsinə dair müzakirələr zamanı müdafiə naziri Vigen Sarkisyan ölkənin müdafiəsində iştirak etmək üçün konstitutsiya öhdəliyinin hər kəsə çatdırılmalı olduğunu bildirib.
Erməni nazirin bu açıqlaması onu gülünc obyektinə çevirib. Çünki, Ermənistan ordusunda xidmət etməyən vəzifəli şəxslər, nazirlər haqqında dəfələrlə məlumat yayılıb və cəmiyyətin böyük əksəriyyəti bu kimi bəyanatları artıq ciddi qəbul etmir.

Faktiki olaraq, Ermənistan ordusunda xidmət etməyən nazir, deputat və komitə rəisləri "təhsil" adı altında xidmətdən yayınıblar. Nazirlikdə sırf hərbi xidmət məsələsi ilə bağlı Vigen Sarkisyan və baş qərargah rəisi Movses Hakopyan arasında münasibətlərin gərgin olması da hər kəsə bəllidir. Bu baxımdan, erməni nazirin açıqlamaları yalnız görüntü xarakteri daşıyır.

AzVision.az erməni KİV-lərinə istinadən hərbi xidmətdən yayınan nazir və deputatlardan bəzilərinin adlarını təqdim edir:

Milli Təhlükəsizlik Xidmətinin rəisi Georgi Kutoyan

Təbiətin Mühafizəsi naziri Artsvik Minasyan

Dövlət Gəlirlər Komitəsinin sədri Vardan Harutyunyan

Mülki Aviasiya baş idarəsinin rəisi Sergey Avedisyan

İrəvan şəhər meri Taron Markaryan

Parlamentin vitse-spikeri Edvard Şarmazanov

Respublika partiyasının deputatı Karen Avaqyan

Respublika partiyasının deputatı Samvel Farmanyan

Respublika partiyasının deputatı Armen Aşotyan

Respublika partiyasının deputatı Vahan Harutyunyan

Respublika partiyasının deputatı Andranik Harutyunyan

Respublika partiyasının deputatı Mihran Hakopyan

Respublika partiyasının deputatı Koryun Nahapetyan

Respublika partiyasının deputatı Artak Sarkisyan

“Tsarukyan” partiyasının deputatı Hakop Nazaryan

“Tsarukyan” partiyasının deputatı Tiqran Urixanyan

Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti