“Lotu Quli” həbsdən çıxıb? - Rəsmi açıqlama

“Lotu Quli” həbsdən çıxıb? - Rəsmi açıqlama
  24 Oktyabr 2017    Oxunub:8778
Bu gün bəzi yerli KİV-lərdə “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun azadlığa çıxması ilə bağlı məlumat yayılıb.
AzVision.az məlumatı dəqiqləşdirmək üçün Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqovla əlaqə saxlayıb.

O bildirib ki, məhkumun özü, yerini dəyişməsi, yaxud azadlığa buraxılması ilə bağlı məlumat yalnız ailə üzvlərinə və yaxınlarına verilə bilər.

Nadir Səlifovun vəkili Təranə Əliyeva isə telefon zənglərinə cavab verməyib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti