Bakıda daha bir yol təmirə bağlanır

Bakıda daha bir yol təmirə bağlanır
  24 Oktyabr 2017    Oxunub:1113
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-8-ci km-lik hissəsində (Bakı Su İdman Sarayından Bibiheybət məscidinə qədər olan hissəsi - hər iki istiqamət) avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-nin mətbuat katibliyindən AzVision.az-a verilən məlumata görə, məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq.

Sürücülərdə alternativ olaraq sözügedən yolun "20-ci sahə" ərazisindən keçən hissəsindən istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər: yol   təmir  





Xəbər lenti