Hüseyn Cavidin 135 illik yubileyi keçiriləcək

Hüseyn Cavidin 135 illik yubileyi keçiriləcək
  24 Oktyabr 2017    Oxunub:3304
Azərbaycan prezidenti İlham Əliyev şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 135 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti