DYP təkzib etdi: Danışmağa görə cərimə yoxdur - (VİDEO)

  24 Oktyabr 2017    Oxunub : 81757
DYP təkzib etdi: Danışmağa görə cərimə yoxdur - (VİDEO)

“Son vaxtlar bəzi mətbuat orqanlarında guya sürücülərin sükan arxasında danışmasını qadağan edən qanunun qəbul olunması ilə bağlı yalnış informasiya yayılıb”.

AzVision.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, bu barədə heç bir qanun qəbul edilməyib:

“Nə belə bir qanun qəbul olunub, nə də sürücülərin sükan arxasında danışmasını qadağan edən müddəa var. Əlbətdə hər kəs sükan arxasında sərbəstdir və sürücü sərnişinlə söhbət edə bilər. Bir daha qeyd edirəm ki, bu məsələ ilə bağlı bu günə qədər heç bir sürücü inzibati məsuliyyətə cəlb edilməyib. Bundan sonra da cəlb edilməyəcək. İstənilən halda sürücünün diqqəti yolda olmalıdır”.



AzVision.az

Teqlər: DYP