Bakıdan ilk qatar yola salındı

Bakıdan ilk qatar yola salındı
  25 Oktyabr 2017    Oxunub:2006
Bakı-Tbilisi-Qars dəmir yolu ilə hərəkət edəcək ilk yük qatarı Qazaxıstandan yola salınıb.
AzVision.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” məlumat verib.

82 konteynerdən ibarət qatar Qazaxıstanın Kostanay stansiyasından yola düşüb. Qatarın son məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oktybarın 30-da Bakıda keçiriləcək.

AzVision.az


Teqlər: Qatar  





Xəbər lenti