ADA Azərbaycan pavlyonunu ziyarət edib - Fotolar

ADA Azərbaycan pavlyonunu ziyarət edib - Fotolar
  25 Oktyabr 2017    Oxunub:2095
Azərbaycann Dostları Assosiasoyasının (ADA) idarə heyəti və üzvləri Jan-Fransua Manselin rəhbərliyi və Yuneskonun sülhməramlı incəsənət xadimi, rəssam Hedva Serin iştirakı ilə 57-ci Venesiya Bienalını ziyarət ediblər.
ADA-dan AzVision.az-a verilən xəbərə görə, Assosiasiya heyəti Azərbaycan pavilyonunda sərgini təşkil edən Heydər Əliyev Fondunun nümayəndələri tərəfindən qarşılanıb və sərgi haqqında məlumatlandırilıblar.



Azərbaycan artıq 2013-cü ildən bu Beynəlxalq İncəsənət Sərgisinə qatılır. Bu il ölkəmiz biennalda “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti ” adlanan pavilyon ilə təmsil olunur. Sərgi Azərbaycanda etnik müxtəlifliyi və mövcud olan mədəniyyətlərarası harmoniyanı eks etdirir. Eyni zamanda bu sərgi dünyada sabitliyin bərpa olunmasının vacibliyinə və Azərbaycanın sülh tərəfdarı olmasına dair əhəmiyyətli mesaj verir.



Pavilyonda “Hypnotica” Vizual Performans Qrupunun video-mappinq instalyasiyası təqdim edilir. Kompozisiya Azərbaycanda yaşayıb öz dillərində danışan etnik qrupların mədəniyyətlərinin və adət-ənənələrinin qorunub saxlanılmasına göstərilən qayğını və ölkəmizdə yaşayan müxtəlif xalqların həmrəyliyini göstərir.



Rəssam Elvin Nəbizadənin mədəni müxtəliflik mövzusunu əks etdirən göy qurşağı şəklində düzülmüş sazlar müxtəlif milli azlıqları birləşdirən ümumi musiqi dilini simvolizə edir.
Assosiasiya heyəti eyni zamanda biennalda iştirak edən digər ölkələrin pavilyonlarını ziyarət ediblər.



Assosiasiya heyəti həmçinin Venesiyaya səfər zamani şəhzadə, dünya şöhrətli pianist, Karolin Müranın iqamətgahında musiqili ziayfət gecəsinə dəvət edilib.






AzVision.az


Teqlər: ADA   Fransa  





Xəbər lenti