Şəmsəddin Hacıyevin dindirilməsi ilə bağlı xəbərə rəsmi münasibət

Şəmsəddin Hacıyevin dindirilməsi ilə bağlı xəbərə rəsmi münasibət
  25 Oktyabr 2017    Oxunub:3363
Baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı açılan cinayət işinə münasibət bildirib.

AzVision.az-ın məlumatına görə, idarə rəisi qeyd edib ki, Azərbaycan İqtisad Universiteti ilə bağlı cinayət işi başlanılıb, hazırda istintaq hərəkətləri davam etdirilir:
“Bu barədə mətbuata məlumat verilib. Kimlərin məsuliyyətə cəlb olunması istintaqın yekununda bilinəcək. İstintaqda nə qədər şəxsin dindirildiyini deyə bilmərəm. Yoxmalar təyin etmişik. Sənədlərin götürülməsi üçün istintaq hərəkətləri davam etdirilir”.

Universitetin sabiq rektoru, deputat Şəmsəddin Hacıyevin dindirilməsi ilə bağlı suala K.Əliyev “Bu barədə bir söz deyə bilmərəm. Çünki həmin işlə bağlı dindirmələr davam edir. Konkret adı çəkilən və digər şəxslərlə bağlı məlumat vermək iqtidarında deyiləm" - deyə cavab verib.

ELvin Abdulqədirov
AzVision.az


Teqlər: Kamran-Əliyev   Şəmsəddin-Hacıyev  





Xəbər lenti