“Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir” – Pakistanlı general

  25 Oktyabr 2017    Oxunub : 2150
“Ermənistan Azərbaycan torpaqlarını azad etməlidir” – Pakistanlı general

Pakistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

Bunu AzVision.az-a Pakistan ordusunun ehtiyatda olan general-leytenantı Tariq Xan bildirib.

Generalın sözlərinə görə, Ermənistan işğal olunan Azərbaycan torpaqlarını azad etməli və münaqişə zonasından öz qoşunlarını çıxarmalıdır.

“Dünya birliyi İrəvanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün Ermənistana təzyiq etməlidir. Qarabağ məsələsində Pakistan həmişə Azərbaycanın yanında olmalıdır”, - deyə Pakistanlı general bildirib.

İslamabad və Bakı arasında hərbi texniki əməkdaşlıqdan danışan Tariq Xan qeyd edib ki, ölkələr arasında hərbi sahə daxil olmaqla bir sıra sahələrdə əməkdaşlıq üçün böyük potensial var: “İslamabad Bakıya təlim təyyarələri, qırıclar, tanklar, atıcı silahlar, pilotsuz uçuş aparatları və digər texnika cəlb edə bilər. Ölkələrimiz arasında hərbi əməkdaşlığın dərinləşməsi sevindirici haldır”.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Pakistan   Azərbaycan   Hərbi