Patriarx Kirill Qarabağ haqda: “Münaqişə yenidən alovlanır”

Patriarx Kirill Qarabağ haqda: “Münaqişə yenidən alovlanır”
  25 Oktyabr 2017    Oxunub:1924
“Dini abidələrin məhv edilməsi bütün münaqişələr üçün təhlükəlidir".
AzVision.az xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın patriarxı Kirill deyib.

“Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkünlüyünü müzakirə etmək üçün Ermənistan və Azərbaycanın dini liderləri dəvətim əsasında Moskvaya gəlmişdilər. Dini abidələrin qorunmasının və onlara hörmətlə yanaşılmasının vacibliyi qeyd olunan bəyanat qəbul etdik. Bizim tərəfimizdən prinsipial mövqe ortaya qoyuldu ki, müqəddəs abidələrə toxunanda, münaqişə yenidən alovlanır, qəddarlıq dərəcəsi kritik həddə çatır. Bu bəyanatı ona görə verdik ki, hər iki tərəfdən dini abidələrin dağıdılması ilə bağlı məlumatlar daxil olurdu.

Ermənistan və Azərbaycanın dini liderləri özlərində güc taparaq bəyan etdilər ki, dini abidələr, binalar, dini adətlər təhqir oluna bilməz və olunmamalıdır. Çünki belə olan halda siyasi münaqişə dini hisslərin enerjisini oyadır və bu da bütün münaqişələr üçün çox təhlükəlidir".

AzVision.az



Teqlər: Patriarx-Kirill   Dağlıq-Qarabağ  





Xəbər lenti