Prezident avstriyalı həmkarını təbrik edib

Prezident avstriyalı həmkarını təbrik edib
  25 Oktyabr 2017    Oxunub:938
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir: "Hörmətli cənab Federal Prezident, Avstriya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstriya xalqına daim sülh və firavanlıq arzulayıram".

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti