Mübariz Qurbanlı DTX-nın keçirdiyi əməliyyata münasibət bildirdi

Mübariz Qurbanlı DTX-nın keçirdiyi əməliyyata münasibət bildirdi
  26 Oktyabr 2017    Oxunub:2988
“Dövlət Təhlükəsizlik Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları hansısa formada maliyyələşdirən dairələri ayıltmalıdır”.

AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlının fikrincə, həmin dairələr başa düşməlidir ki, hüquq-mühafizə orqanları Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi üçün, ictimai-siyasi sabitliyin qorunması üçün hər zaman hazırdır:

“Bu cür bəd əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əskik etməyəcək. Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib. O şəxslər ki, Azərbaycanda terror törətmək, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, onlara qarşı qətiyyətli olmalıyıq. Onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”.

Qeyd edək ki, DTX-nın oktyabrın 25-də Xırdalan şəhərində keçirdiyi əməliyyatla Bakıda terror aktı törətməyə hazırlaşan dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş 3 nəfər məhv edilib.

AzVision.az


Teqlər: DTX   Mübariz-Qurbanlı  





Xəbər lenti