Dəbdəbəli qəbir daşlarına icazə verilməyəcək

Dəbdəbəli qəbir daşlarına icazə verilməyəcək
  26 Oktyabr 2017    Oxunub:7201
Nazirlər Kabineti məzarlıqlar haqqında xüsusi qərar qəbul edəcək.
AzVision.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır və layihə üzərində mütəxəsislər geniş iş aparıblar.

Komitə sədri əlavə edib ki, yeni qaydalar mövcud qəbiristanlıqlara deyil, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək: “Əsas qaydalar ondan ibarətdir ki, məzarlıqlarda dəbdəbəli qəbirüstü abidələrin və s. yaradılmasına icazə verilməyəcək. Bu qaydalar məzalıqlarda bütövlükdə vəziyyəti nizamlamaq məqsədi daşıyır”.

AzVision.az



Teqlər: Məzarlıq  





Xəbər lenti