Rusiyada 200-dən çox agent deşifrə edilib

Rusiyada 200-dən çox agent deşifrə edilib
  26 Oktyabr 2017    Oxunub:1558
İlin əvvəlindən terrorçuluqla bağlı 43 cinayətin qarşısı alınıb, xarici kəşfiyyat idarələrinin 30-a yaxın əməkdaşının fəaliyyəti zərərsizləşdirilib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabit və prokurorlarla görüşü zamanı bildirib.
“Terrorizm Rusiya və bütün dünyaya ən başlıca təhdid olaraq qalır. Bu il Federal Təhlükəsizlik İdarəsinin əməkdaşları terrorçuluqla bağlı 43 cinayətin qarşısını alıb. Cinayətkar dəstələrin 800-ə yaxın üzvü saxlanılıb, 66-ya yaxın terrorçu və ekstremist hücrə məhv olunub”, - deyə Prezident vurğulayıb.

Putin eyni zamana əks-kəşfiyyat idarəsinin işini xüsusilə vurğulayıb: “2017-ci ilin ilk yarısında xarici ölkələrin kəşfiyyat idarələrinin 30-a yaxın əməkdaşının və xarici kəşfiyyat orqanları ilə əməkdaşlıqda şübhəli bilinən 200-dən çox nəfərin fəaliyyətinin qarşısı alınıb”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti