Avtobuslarda gediş haqqı artırılmayacaq - Sərnişinlərə şad xəbər

Avtobuslarda gediş haqqı artırılmayacaq - Sərnişinlərə şad xəbər
  26 Oktyabr 2017    Oxunub:1668
Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda gediş haqqların artırılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
BNA-dan AzVision.az-a verilən məlumata görə, son dövrlərdə müxtəlif kütləvi informasiya vasitələrində Bakı şəhərinin inzibati ərazisində avtobus xidməti göstərən daşıyıcıların müvəqqəti istismarında olan sərnişin avtobuslarında gediş haqqı qiymətlərinin artırılacağı ilə bağlı bir sıra məlumatlar yayılıb.

“Bununla bağlı bildiririk ki, yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır. Ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır. Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil" - BNA-nın məlumatında bildirilib.

Aytən Zəhra
AzVision.az


Teqlər: BNA  





Xəbər lenti