Almaniya ilə hərbi əməkdaşlıq müzakirə olunub

Almaniya ilə hərbi əməkdaşlıq müzakirə olunub
  26 Oktyabr 2017    Oxunub:1188
“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq bu gün Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.
Bu barədə AzVision.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: Müdafiə-Nazirliyi   Almaniya  





Xəbər lenti