Qəzada ölən qadının yaxınları axtarılır – FOTO

Qəzada ölən qadının yaxınları axtarılır – FOTO
  26 Oktyabr 2017    Oxunub:1646
Bu il iyunun 8-də Suraxanı rayonu ərazisində baş vermiş yol - nəqliyyat hadisəsi zamanı 39-42 yaşlarında bir qadın bədən xəsarətləri ilə 3 saylı kliniki xəstəxanaya yerləşdirilib və 3 gündən sonra o, xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, şəxsiyyəti istintaqa məlum olmayan həmin qadın xəstəxanaya daxil olduqda Mərdəkan qəsəbəsində yaşadığını, adının və soyadının Mahuzarova Tahirə Davud qızı, 39 yaşı olduğunu göstərib.

Həmin qadınını xarakterik əlamətləri belədir: orta boylu, dolu bədənli, şabalıdı saçları, əynində qara paltar var.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.



AzVision.az


Teqlər: DİN   qəza  





Xəbər lenti