Ət mağazalarında reyd keçirilib

Ət mağazalarında reyd keçirilib
  26 Oktyabr 2017    Oxunub:1990
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 25-də paytaxtın Nərimanov, Yasamal və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində birgə reyd keçiriblər.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, reyd zamanı bir neçə mağaza sahibi - Nərimanov rayonu ərazisində Seyidəli Abdullayev, Yasamal rayonu ərazisində Namiq Əliyev və Binəqədi rayonu ərazisində Şakir Güləliyev özlərinə məxsus ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyi pozduqları üçün, habelə Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən ət satışı mağazalarının sahibləri - Kamran Beydiyev və Nüsrətdin Hacıyev küçə ticarəti qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti