Türkiyədən kürdlərə xəbərdarlıq: "Referendumun nəticələrini ləğv edin!"

Türkiyədən kürdlərə xəbərdarlıq: "Referendumun nəticələrini ləğv edin!"
  26 Oktyabr 2017    Oxunub:1979
"İraq kürdüstanında keçirilən referendumun nəticələrini ləğv etmək lazımdır"

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Məsud Barzanı geriyə addım atıb. Lakin referendumun nəticələrinin dondurulması yetərsizdir, onu tamamilə ləğv etmək vacibdir. Biz Barzaniyə belə məsuliyyətsiz hərəkətin nəyə gətirib çıxaracağını dostcasına demişdik. İndi isə bəzi tədbirlərə əl atmağa məcburuq. Sərhəddəki buraxılış məntəqələrində nəzarətin ələ alınması üçün İraq hökuməti ilə razılığa gəlmişik. Hazırda onlar bu işlə məşğuldurlar”, - deyə Çavuşoğlu qeyd edib.

AzVision.az


Teqlər: Türkiyə   Çavuşoğlu  





Xəbər lenti