Kəmaləddin Heydərov iranlı nazirlə görüşüb

Kəmaləddin Heydərov iranlı nazirlə görüşüb
  27 Oktyabr 2017    Oxunub:1532
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bu gün İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Məsud Kərbasian ilə görüşüb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Məsud Kərbasianı Dövlət Komissiyasının həmsədri təyin olunması münasibətilə təbrik edərək uğurlar arzulayıb. Nazir ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və bu əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin böyük rol oynadığını diqqətə çatdırıb. Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində də iki ölkə arasında sıx əməkdaşlığın mövcudluğunu vurğulayan fövqəladə hallar naziri gələcəkdə də sözügedən sahədə qarşılıqlı fəaliyyətin davam etdiriləcəyinə əmin olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri Məsud Kərbasian təbii fəlakətlərlə üzləşdikləri zaman Azərbaycan Respublikası tərəfindən göstərilən yardımları böyük minnətdarlıq hissi ilə xatırladıqlarını bildirib və qardaş köməyinə görə təşəkkür edib. İranlı nazir iki ölkə arasındakı iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən söz açıb və bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti